BANK

31 Yanvar

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği aylıq 0,4% və ya 5 769 min manat artaraq bu il yanvarın 31-nə 1 396 077 min manat təşkil edib.

 Fins.az xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu məlumat yayımlayıb

 Dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 105 ədəd artaraq 27 975-ə çatıb.Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 69 724 min manat  təşkil dib.

 Qeyd edək ki, Fondun 718 166 002 manatlıq istiqrazı dövriyyədədir. Hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.

(c)APA