BANK

30 Yanvar

Milli valyutada olan bank əmanətləri 4 mlrd manatdan çox artıb

2019-cu ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 31,5% - 4 milyard 132,7 milyon manatadək (bütün əmanətlərin 47,8%-i) artıb.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumatda bildilir ki, 01.01.2020-ci il il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 8 milyard 203,7 milyon manat, qeyri-rezidentlərin – 434,2 milyon manat təşkil edir. İlin əvvəlindən rezidentlərin əmanətlərinin həcmi 7,8% artıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 43,2% azalıb.

2020-ci il yanvarın 1-nə banklarda əmanət və depozitlərin həcmi 24 milyard 746 milyon manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 13,1% çoxdur.