BANK

30 Yanvar

2019-cu ildə əhalinin bank əmanətlərinin dollarlaşma səviyyəsi 52,2%-dək azalıb

2019-cu ildə əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 3,1% - 8 milyard 637,9 milyon manatadək artıb.

Fins.az xəbər verir ki. bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlumatda bildirilir ki, 2019-cu ilin  dekabrda əhalinin bank əmanətləri noyabr ayının sonuna olan göstərici ilə müqayisədə 0,5% və ya 43,6 milyon manat azalıb.

Hesabat dövründə  əhalinin xarici valyutada əmanətləri 13,9% - 4 milyard 505,2 milyon manatadək və ya bütün əmanətlərin 52,2%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,5% təşkil edib).