BANK

30 Yanvar

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2 mlrd dollar azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,104 mlrd ABŞ dolları, yaxud 2% azalaraq 104,352 milyard dollara enib.

Bu barədə qurumun statistik hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 26,840 mlrd dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,266 mlrd dollar və yaxud 4,5% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 838 mln dollar və yaxud 1,1% azalaraq 77,512 mlrd dollar təşkil edib.

(c)Report