BANK

30 Yanvar

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi rekord həddə ARTIB

Azərbaycan Mərkəzi Bankının bank və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbi cari il yanvarın 1-nə 7 063,5 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Məlumatda bildirilir ki, bu, aylıq müqayisədə 228 mln. manat və ya 3,3% çoxdur. İllik müqayisədə isə tələblərin həcmində 818 mln. manat və ya 13% artım qeydə alınıb.

Hesabata əsasən, AMB-nin bank və BOKT-lara tələbində 29 aylıq maksimum müşahidə olunub. Belə ki, 2017-ci il avqustun 1-nə bu göstərici 7 117,4 mln. manat olub, sonrakı ay 7 012,5 mln. manata düşən tələb növbəti ayda 7 036,8 mln. manat səviyyəsinə qalxsa da, həmin müddətdən indiyədək bir daha 7,0 mln. manat səviyyəsini keçməyib.

(C)APA