BANK

30 Yanvar

Naxçıvan üzrə sahibkarların kreditləşməsi kəskin artıb

2019-cu ildə Naxçıvan Muxtar Respublikasında sahibkarlara 29 mln. manatdan çox kredit verilib ki, bu da 2018-ci ilin müvafiq dövrün göstəricidən 2,1 dəfə çoxdur.

Finsaz-ın verdiyi məlumata görə, verilən kreditin 12,13 mln. manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 16,88 mln. manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Bu dövrdə 39 hüquqi və 3 599 fiziki şəxs qeydiyyata alınıb.

Qeyd edək ki, hazırda muxtar respublikada 383 növdə məhsul istehsal olunur. Bu məhsulların 126-sı ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır.

© APA