BANK

30 Yanvar

2020-ci ildə bir dəfəyə 5000-dən çox insanın kredit məlumatını öyrənmək mümkün olacaq

Bu xidmət istifadəyə verildikdən sonra məslən 1 dəfəyə 5000 sorğunu birdən verib kredit hesabataını bütövlükdə götürmək imkanı əldə edəcəklər

Fins.az xəbər verir ki, bunu Azərbaycan Kredit Bürosunun Baş Direktoru Elçin Həbibov ARB24 -də büronun fəaliyyəti ilə bağlı məlumat verərkən bildilib  

O qeyd edib ki,"Bu 56 %-lik nəticə iki istiqamətdədir əsasən kreditlərin götürülməsi və banklar tərəfindən hər hansı bir şəxs haqında sorğuların monitorinqi məqsədiylədir. Yəni bank təkcə kredit müraciəti əsasında sorğuları etmir, eyni zamanda dövrü olaraq müəyyən monitorinq məqsədi ilə bu sorğunu həyata keçirir.

Eyni zamanda Elçin Həbibov bildirib ki, "2020-ci ildə bununla bağlı yeni xidmətimiz nəzərdə tutulur toplu sorğu xidməti olacaqdır. Bizim üzv təşkilatlarımız əgər sorğuları bir-bir həyata keçirirdilərsə. Bu xidmət istifadəyə verildikdən sonra 1 dəfəyə 5000 sorğunu birdən verib kredit hesabataını bütövlükdə götürmək imkanı əldə edəcəklər."

Daha sonra baş direktor "Bu monitorinq məqsədli risklərini ölçərkən yaxşı analiz edə bilsinlər. Bununla əlaqədar bazara yeni xidmətlər də çıxarmaq imkanına malik olacaqlar" -deyə qeyd edib.. 

Qeyd edək ki, 2019-cu ildə kredit bürosuna 2 mln 882 min 846 sorğu daxil olub.Bu göstərici 2018-ci il ilə müqaisədə bu 56,2 faiz çoxdur.

Müəllif:Aynur Qəniyeva