BANK

28 Yanvar

“Premium Bank” 2019-cu ildə aktivlərini 0,6%, xalis mənfəətini 44,8% azaldıb

“Premium Bank” ASC 2019-cu ildə aktivlərini 0,6% - 642,456 milyon manatadək azaldıb. 

31 dekabr 2019-cu il tarixinə bankın kredit portfeli 567,573 milyon manat (2018-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 2,9%) təşkil edib.

Hesabat dövrünün sonuna bankın öhdəlikləri 514,49 milyon manata (artım 0,6%) bərabərdir.

2019-cu ilin sonuna bankda depozitlər 470,845 milyon manat (artım 1%), o cümlədən əhalinin əmanətləri 369,927 milyon manat (azalma 13,7%) təşkil edib.

2019-cu il dekabrın 31-nə bankın nizamnamə kapitalı 104 milyon 601,42 min manata (dəyişməyib), kapitalı 127,967 milyon manata (azalma 5%) bərabərdir.

Ötən ilin yekunları üzrə bankın xalis mənfəəti 8,868 milyon manat (azalma 44,8%) təşkil edib.

“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*