BANK

28 Yanvar

Qlobal bank Çinə gedən işçilərinin \"evdən işləmələrini\" istədi

İsveçrənin qlobal maliyyə xidmətləri şirkəti "Credit Suisse Group SA", Honq Konqdakı işçilərini, Çini ziyarət etmələri halında ən azı 14 gün ofisə gəlməmələri barədə xəbərdarlıq edib. 

Fins.az xəbər verir ki, keçən 2 həftə ərzində Çini ziyarət edən işçilərin 14 günlük ofis qadağasından sonra da ofisə geri dönmədən əvvəl rəhbərlik ilə danışmaları lazım olduğu qeyd edilib.

Çinə zəruri olmayan iş səyahətləri məhdudlaşdırılıb.

Qızdırma ya da qrip bənzəri əlamətlər göstərənlərdən, işə geri dönə biləcək qədər yaxşı olduqları həkim tərəfindən təsdiqlənənə qədər evdən işləmələri tələb olunub. 

"Credit Suisse"ın 2018-ci ilin sonunda dünyada 45 min işçisi olduğu bilinir. Honq Konq isə bankın bölgədəki ana mərkəzi olaraq tanınır. 

© Marja