BANK

27 Yanvar

Azərbaycanda "lombardlar"-ın fəaliyyəti ilə bağlı hansı zəruri addımlar atılmalıdır?

Azərbaycanda Lombardlar-ın fəliyyəti ilə bağlı atılmalı olan zərusi addımlar barədə fins.az-a açıqlama verən iqtisadçı -ekspert Elman Sadıqov bildilib ki, "Lombardların fəaliyyəti ilə bağlı hansı zəruri addımlar atılmazdan öncə mövcud vəziyyət ciddi təhlil olunmalıdır. Mən ciddi təhlil deyəndə ciddi nəzarət tədbirlərini nəzərdə tutmuram. Çünki, bir sıra hallarda iqtisadiyyatda ciddi nəzarət tədbirləri çıxış yolu olmur. Bu sahənin fəaliyyəti bankların və bank olmayan kredit təşkilatlarının fəaliyyətinə bənzəsə də, bu sadəcə zahiri bənzəmədir"

Daha sonra o qeyd edib ki, "Mahiyyət isə tamamilə fərqlidir. Bu sahə spesifik sahədir. Həddən artıq nəzarət və ya bu sahənin boğulması əks effektlər də verə bilir. Bir çox ölkələrin təcrübəsi bunu isbat edib. Bu sahə dinamik və daha operativ xidmətə əsaslanıb. Xarici ölkələrin demək olar ki, hamısında (bir neçə müsəlman ölkəsi istisna olsa da, həmin ölkələrdə də qeyri-leqal fəaliyyətlər olub) bu fəaliyyət növü olub və mövcuddur."

Elmam Sadıqov həm də bu sahədə obyektiv ststistikanın olmadığına da diqqət çəkib." Obyektiv statistika mövcud olmadığından bu gün lombarların kreditləşmədə rolu və yeri haqqında obyektiv fikir yürütmək çətindir. Lakin, lombard fəaliyyətinin süni şəkildə boğulması, fəaliyyətinin inzibati yollarla daraldılması əks effektlər verərək faizlərin artması, cəmiyyətdə qısa müddətə təcili pul ehtiyacı səbəbindən lüzumsuz gərginliklərin yaranması və sair ilə nəticələnə bilir"

 O fikirlərinin davamında bu sahədə ölkəmizdə atılmalı olan zəruri addımlar barədə "Biz lombard fəaliyyətini daha səmərəli tənzimləmək istəyiriksə lombardların fəaliyyətinə təkan verən məsələ və amilləri təhlil etməli, oradakı bir çox məsələləri həll etməliyik. Məsələn, biz lombardların fəaliyyətini boğmaqla kölgə iqtisadiyyatını azaltmayacağıq, amma kölgə iqtisadiyyatını azaltmaqla lombardların fəaliyyət dairəsini azalda bilərik. Məsələyə yanaşma tərzi həlledicidir"  deyə qeyd edib 

Müəllif: Aynur Qəniyeva