BANK

20 Yanvar

“Turan Bank”ın mənfəəti 6 dəfə artıb

“Turan Bank” ASC 2019-cu ili 416 min manat mənfəətlə başa vurub.

Fins.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 5,9 dəfə çoxdur.

İl ərzində “Turan Bank”ın gəlirləri 38,706 milyon manat (illik müqayisədə 14,1% çox), xərcləri 37,605 milyon manat (13,3% çox), xüsusi ehtiyatlara ayırmaları isə 684 min manat (3,3% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə “Turan Bank”ın aktivləri 489,538 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,6% azdır. Bunun 340,233 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il Bankın kredit portfeli 8,7% böyüyüb. turan bank vakansiya

Hesabat dövründə “Turan Bank”ın öhdəlikləri 4,3% azalaraq 414,757 milyon manata, o cümlədən depozit portfeli 1,5% azalaraq 249,867 milyon manata düşüb, balans kapitalı isə 26,5% artaraq 74,781 milyon manata, o cümlədən nizamnamə kapitalı 27,3% artaraq 70,004 milyon manata çatıb.

Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,03%-i 21 fiziki şəxsə, 33,97%-i isə 8 hüquqi şəxsə məxsusdur.