EUR/USD və GBP/USD məzənnələrində ucuzlaşma, neft və qızıl qiymətlərində isə bahalaşma bu həftə də treyderlərin gündəliyində olacaqdır.Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi ucuzlaşmaqda davam edir. Təhlillər ucuzlaşmanın 1.10$-a kimi davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Avropa Mərkəzi Bankının yumşaq monetar siyasəti və açıqlanan mənfi fundamental göstəricilər əsas səbəblər arasındadır. Bununla yanaşı, ABŞ hökümətinin Çin ilə razılaşma imzaladıqdan sonra Avropaya qarşı sərt tələbləri də artmağa başlayıb.