Böyük Britaniyanın “Barclays” investisiya bankı xərcləri azaltmaq üçün şəxsi və investisiya bankçılığı bölmələrindən 100-ə yaxın vəzifəli şəxsi ixtisar edəcək.
Məlumata görə, bank əsasən London və Asiyadakı maliyyə mərkəzlərində inzibati direktor və direktor vəzifələrini azaltmağa başlayacaq.
Xatırladaq ki, 2018-ci ilin yekununda maliyyə qurumunun 83 min işçisi olub. 2019-cu ilin 2-ci rübündə bu rəqəm 80 minə endirilmişdi.
© Report