BANK

17 Yanvar

Xarici ticarət dövriyyəsində müsbət ticarət saldosu yaranıb

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 190 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 117 ölkəyə məhsul ixrac olunmuş, 181 ölkədən idxal olunUB

Fins.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb 

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2019-cu ilin yanvar-noyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 30040,5 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 17655,8 milyon dollar, idxalın dəyəri 12384,7 milyon dollar təşkil etmiş, nəticədə 5271,1 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,2 faiz artmış, real ifadədə isə 2,2 faiz, o cümlədən idxal 5,6 faiz, ixrac 0,3 faiz azalmışdır. Bu dövr ərzində ölkədən 1781,1 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilmişdir ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən faktiki qiymətlərlə 16,3 faiz, real ifadədə isə 10,3 faiz çoxdur.