BANK

17 Yanvar

Avro və funt sterlinqin ucuzlaşacağı proqnozlaşdırılır

Avro və funtun ucuzlaşma proqnozlarına əsas verən amillər diqqət mərkəzindədir.

Beynəlxalq valyuta birjalarında Avrozona, İngiltərə ilə bağlı fundamental göstəricilərin mənfi, ABŞ ilə bağlı göstəricilərin müsbət açıqlanması, EUR/USD və GBP/USD məzənnəsində də özünü göstərməkdədir. 

Belə ki, avro ucuzlaşaraq, 1.11$, funt sterlinq isə 1.31$-a ticarət edilməkdədir. Təhlillər isə sözügedən valyutaların dollara nisbətən qiymətlərinin ucuzlaşacağını proqnozlaşdırmağa əsas verir. 

 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 14:00-da Avrozonada inflyasiya və saat 17:30-da ABŞ-dan tikinti sektoru ilə bağlı önəmli fundamental məlumatla da açıqlanacaqdır. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.