2019-cu ildə İpoteka və Kredit Zəmanət Fondu kirayə mənzil mexanizminin həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlıq işləri həyata keçirib.
Fins.az xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, mexanizm çərçivəsində mənzil fondu yaradılıb, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedur və daxili qaydalar hazırlanaraq kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib. Eyni zamanda, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb.
Qeyd edilib ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara “ASAN Xidmət” Mərkəzləri vasitəsilə xidmət göstəriləcək.