BANK

16 Yanvar

“Goldman Sachs” ın 2019-cu il üçün xalis mənfəəti 19% azalıb

“Goldman Sachs Group Inc” ın 2019-cu il üçün xalis mənfəəti 19% azalaraq 8,466 milyard dollar təşkil edib.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bankın bir səhm üçün xalis mənfəəti bir il əvvəlki qiymət ilə müqayisədə (25,27 dollar) 21,03 dollaradək azalıb. Hesabat dövrü ərzində bankın gəliri 0,2% azalaraq 36,546 milyard, əməliyyat xərcləri isə 6% artaraq 24,898 milyard səviyyəsinə çatıb.

Maliyyə təşkilatının dördüncü rübdəki xalis mənfəəti bir il əvvəlki qiymət ilə müqayisədə (2,538 dollar) 1,917 dollaradək azalıb. Rübün nəticələrinə görə, səhm sahiblərinin xalis gəliri 2018-ci ildəki 2,322 milyard dollar ilə müqayisədə 1,724 milyard dollar təşkil etmişdir.

Xatırladaq ki, ABŞ-ın ən böyük maliyyə təşkilatlarından biri olan “Goldman Sachs”, 1869-cu ildə Nyu-Yorkda təsis edilib. Bankın əsas fəaliyyət istiqamətlərinə investisiya, birja ticarəti, habelə səhm və qiymətli kağızların idarə edilməsi daxildir.

© Banker