BANK

15 Yanvar

Avro dollara nisbətən bahalaşır

Avro dollar valyuta cütlüyünə  qiymətin bahalaşacağı proqnozlaşdırılır.

Fins.az xəbər verir ki, hazırda avronun  1.11$-ın üzərində ticarət edildiyinin şahidi oluruq. Lakin qiymətin önəmli müqavimət səviyyəsi sayılan 1.1143$-ın altında dalğalanması, ucuzlaşmanın sürətlənə biləcəyi ehtimallarına da əsas verir.
Eyni zamanda ekspertlər tərəfindən ehtimal edilir ki, əgər qiymət $1.1125 səviyyəsini qırarsa, ondan sonra kəsilə biləcək növbəti hədəfləri $1.1104 və $1.1086 səviyyələri ola bilər.