İsveçrə Bankı UBS-ə görə, ABŞ Mərkəzi Bankı (Fed) 2020-ci ildə 3 dəfə faiz endirimi edə bilər.
Qeyd edək ki, bigər bir çox banklar, investisiya şirkətləri və fondlar Fed-dən bu il heç endirim gözləmirlər və ya ən çox bir dəfə endirim nəzərdə tuturlar.
Fins.az xəbər verir ki, UBS-in Qlobal İqtisadi Araşdırmalar departamentinin müdiri Arend Kapteyn bildirib ki, Vaşinqton - Pekin xəttində tətbiq olunan əlavə vergi tarifləri bu ilin ilk yarısında illik artımı 0.5%-ə sala bilər.
Mütəxəssis, "Əlavə tariflərin ABŞ-ın iqtisadi artımını aşağı salacağını, bunun da 3 dəfə faiz endiriminə səbəb olacağını düşünürük. Fed-in də bu düşüncəyə gəlməsi üçün əlavə dəlillər görməsi lazım olacaq. İlk faiz endirimi bəlkə Martda ola bilər, ancaq artım sürətinin nə qədər düşəcəyini görmək lazımdır" deyib.
Kapteyn tərifələrin mənfi təsirinin müvəqqəti olacağını və ABŞ-da durğunluq gözləmədiyini də sözlərinə əlavə edib..