Bu həftə ABŞ ilə Çin arasında ticarət sazişinin imzalanması ilə yanaşı, açıqlanacaq önəmli fundamental göstəricilərin zənginliyi ilə də seçilir.
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri çərşənbə günü ABŞ ilə Çin arasında ticarət sazişinin ilkin mərhələsinin imzalanması öncəsi, korreksiya etməkdədir. Lakin bahalaşmanın yeni dalğasının müşahidə edilə biləcəyi proqnozlaşdırılır. Beləliklə, 1.11$-ın üzərində ticarət edilən EUR/USD məzənnəsində, yeni eniş dalğası başlaya bilər və ən yaxın hədəf 1.10$-dır.
Bununla yanaşı, çərşənbə axşamı və cümə axşamı Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan müvafiq olaraq inflyasiya və sənaye sektorunda aktivlik və çərşənbə günü saat 14:00-da Avrozonada sənayə istehsalı ilə bağlı açıqlanacaq önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir