BANK

10 Yanvar

Elman Rüstəmov: “Bu da yaxşı dinamikadır, amma bizi qane etmir"

2019-cu ildə Azərbaycanda milli ödəniş sistemi ilə əməliyyatların ümumi dəyəri 41% artıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov sahibkarlarla görüşdə məlumat verib.

“Bu da kifayət qədər yüksək dinamikadır, ölkədəki iqtisadi artımı 20 dəfə üstələyir. Kəskin artım ölkədə şəffaflıqla bağlı atılan addımların, eləcə də AMB-nin ödəniş sistemlərinin inkişaf ilə bağlı reallaşdırdığı proqramların nəticə verdiyini göstərir”, - deyə o, qeyd edib.

Bundan başqa, AMB sədrinin sözlərinə görə, son 5 ildə kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi 8%-dən 20%-ə yüksəlib: “Bu da yaxşı dinamikadır, amma bizi qane etmir. Bu il də bu nisbətin artırılması üçün addımlar atılacaq”. 

(c)“Report”