BANK

10 Yanvar

Mərkəzi Bank 150 mln manat cəlb etməyi planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 13-də depozit hərracı keçirəcək. Bu barədə fins.az-a AMB-dən məlumat verilib.

"Mərkəzi Bank yanvarın 13-də keçirəcəyi depozit hərracında 14 gün müddətinə 150 milyon manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.

Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 5,76%-7,49% təşkil edir.

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb