BANK

10 Yanvar

“Royal Bank”ın kreditorları ləğvetmə prosesindən narazıdır

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən iclasında 2012-ci ildə lisenziyası ləğv olunmuş “Royal Bank” ASC-nin kreditorları da iştirak edib.

Fins.az xəbər verir ki, kreditorlar ləğvetmə prosesindən narazı olduqlarını Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktorunun müavini Vüqar Abdullayevə diqqətinə çatdırıblar.

Belə ki, V.Abdullayev son 2 il ərzində “Royal Bank”ın kreditorlarına 2-3 dəfə ödəniş edildiyini bildirib. Bankın əmanətçilərindən biri isə vaxtilə qoyduğu 160 min manat əmanətin əvəzində 7-8 il ərzində ona cəmi 700 manat kompensasiya ödənildiyini bildirib. 

Mənbə: REPORT