Məşhur fast food restoranlar şəbəkəsi Burger King-in Venesuela filialı ödəniş vasitəsi kimi kritpovalyuta qəbul etməyə başlayıb. Karakasda yerləşən Burger King-də artıq Bitcoin (BTC), Ethereum (ETH), Litecoin (LTC), Binance Coin (BNB), Dash (DASH) və Tether (USDT) ilə hesablaşmaq olar. Kriptovalyutalar ilə ödənişlər Cryptobuyer servisi ilə əməkdaşlıq sayəsində mümkün olacaq. Cryptobuyer bununla əlaqədar olaraq öz twitter hesabında “Biz Venesuelada Burger King ilə ticari tərəfdaşlığımızı elan etməkdən məmnunuq” yazıb.
Cryptobuyer – Panamanın ödəniş servisi şirkətidir, hansı ki, bitcoin bankomatları da istehsal edir. Cryptobuyer müəssisələrə kriptovalyutaları fiat pula çevirmək xidmətləri təklif edir.
Venesuela hazırda siyasi böhranın yaratdığı iqtisadi sarsıntılar yaşayır. Ölkədə inflyasiyanın artması fonunda prezident Nikolas Maduro bütün səylərini neft ehtiyatları ilə dəstəklənən milli kriptovalyuta El Petro-nun dəstəkləməsinə yönəldib. Maduro ABŞ-ın iqtisadi sanksiyaların qarşısını almaq üçün bir vasitə kimi El Petro-ya böyük ümidlər bəsləyir.