BANK

08 Yanvar

"Bank VTB" Mozambiki məhkəməyə verib

“Bank VTB” London məhkəməsində 2 mlrd. ABŞ dollarlıq kredit qalmaqalı mərkəzində olan Mozambik hökuməti və dövlət şirkətinə qarşı iddia qaldırıb.

 Rusiya mətbuatında yayımlanan

xəbərə görə, məhkəmə sənədlərində işin ümumi kommersiya müqavilələri və razılaşmalara aid olduğu deyilir.

Bildirilir ki, “VTB Kapital”ın maraqlarını “Freshfilesd Bruchkaus Deringer” hüquq şirkəti təmsil edir.

“Reuters” agentliyinin məlumatına görə, iddianın VTB və Mozambik səlahiyyətlilərinin hazırda restrukturizasiya etməyə çalışdığı kreditlə bağlı olub-olmadığı məlum deyil.

Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə “Credit Suisse” və VTB Mozambikə tuna balıqçılığı ilə əlaqəli bir layihə – sahil təhlükəsizlik sistemlərinin alınması və balıqçılıq gəmilərinin inşası üçün gəmiqayırma sahəsinin inkişafı üçün ümumi dəyəri 2 mlrd. dollar olan kredit cəlb edilməsində kömək ediblər. Vəsait dövlət zəmanəti ilə Mozambik aktivlərin idarə edilməsi, “Ematum” və “ProIndicus” şirkətləri tərəfindən əldə edilib. Sonradan yüz milyonlarla dolların izsiz yoxa çıxdığı məlum olub.

Qeyd edək ki, “Bank VTB (Azərbaycan)” ASC-nin səhmlərin 99,9999%-i “Bank VTB”yə məxsusdur.

(c) APA