BANK

20 Dekabr

Həsən Ruhani: “ABŞ bu il İrana 93 sanksiya tətbiq edib”

“ABŞ nüvə anlaşmasından çıxandan, yəni 2019-cu ilin mayın 8-dən İrana qarşı 93 sanksiya tətbiq edib”.

Fins.az xəbər verir ki, bunu dekabrın 19-da İran Prezidenti Həsən Ruhani deyib.

H.Ruhaninin sözlərinə görə, İran neftdən asılılığı aradan qaldırmaq üçün islahatlar aparır, parlamentə dövlət büdcəsi layihəsi təqdim olunub.

Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi sonuncu dəfə İrana dekabrın 11-də sanksiya tətbiq edib.

(c)“Report”