BANK

18 Oktyabr
4

Türk Lirəsi razılaşma xəbəri ilə kəskin bahalaşıb

Türkiyə ilə ABŞ-ın, Türkiyənin Suriyadakı əməliyyatlarına fasilə verməsi barədə razılaşması Dolların Lirə qarşısında 2%-dən çox düşməsinə səbəb olub.

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidentinin Köməkçisi Mike Pence-in görüşünün ardından Suriyada 120 saatlıq (5 gün) atəşkəs elan ediləcəyi məlum olub. Xəbərin ardınca Dollar/TL məzənnəsi düşür.

Fins.az xəbər verir ki, məzənnə 2%-dən çox geriləyərək 5.76 səviyyələrini görüb. Lirə dünən 1%-dən çox, bu gün də 1% bahalaşıb.Qeyd edək ki, atəşkəsin məqsədi 120 saat ərzində YPG-nin geri çəkilməsini təmin etməkdir.