Bakıda əhalinin əməkhaqqıları artıb

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-avqust aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 943,3 manat olub. 

Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 0,5 faiz artıb.

SHARE THIS STORY

FacebookTelegramTwitter