Brend

17 Mart

Koronavirusa qarşı ilk peyvənd sınandı

Bütün dünyanı təsiri altına alan koronavirusə qarşı ABŞ-da peyvənd hazırlanmasında yeni bir mərhələyə keçilib. Hazırlanan peyvəndin könüllülər üzərində sınanmasına başlanıb.

Fins.az Associated Press-ə istinadən xəbər verir ki, Seattle-dakı dörd xəstə Kaiser Araşdırma Qrupunun işlərinə qatılıb. Kaiser Araşdırma Qrupunun lideri Dr. Lisa Jackson "Hər kəs bu təcili vəziyyətdə əllərindən gələni etmək istəyir" deyib. 

Hazırlanan peyvəndin, xəstəliyə səbəb olan virusu zərərsiz hala gətirərək ona əngəl törətməsi nəzərdə tutulur.

Mütəxəssislər peyvəndin işə yarayıb yaramayacağını öyrənmənin aylarla müddət tələb də biləcəyini ifadə ediblər. 

Peyvəndin üzərində sınandığı 43 yaşındakı Jennifer Hallar, "Hamımız çarəsizik. Bu mənim üçün bir şeylər etmək üçün inanılmaz bir fürsətdir" deyib.

Jennifer Haller, peyvəndin ardından "Özümü möcüzəvi hiss edirəm" ifadələrini istifadə edib. 

ABŞ Milli Səhiyyə İnstitutlarından Anthony Anthony Fauci, araşdırmalar yaxşı getsə belə, 12 ilə 18 ay ərzində  bir peyvənd tapılmayacağını söyləyib. 

Dünya səviyyəsində onlarla araşdırma qrupu koronavirusa qarşı peyvənd tapmaq üçün çalışır. 

Dünyada koronavirusa 180 mindən çox insanı yoluxub və 7 mindən çox insan ölüb. 

@marja