SOSİUM

26 Mart

Koronavirusla Mübarizəyə Dəstək Fonduna edilmiş ianələr

Koronavirusla Mübarizəyə Dəstək Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmışdır.

Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılmışdır.

Fonda fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Ətraflı məlumat və onlayn ödəniş üçün: Koronavirusla Mübarizəyə Dəstək Fondu

  • Hüquqi şəxslər: 62,112,925
  • Fiziki şəxslər: 3,469,729