SOSİUM

25 Mart

Avtobus gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki gözləmə zallarına giriş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə Fins.az-a Bakı Nəqliyyat Agentliyinin Mətbuat Katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, məqsəd xüsusi karanti rejimi davam etdiyi müddətdə sərnişinlərin qapalı məkanda toplaşmasının qarşısını almaqdır: “Belə ki, qapalı məkanlarda xəstəliyə yoluxma riski daha yüksək olur”.

O, sərnişinlərdən bunu anlayışla qarşılamalarını, avtobusu perronlarda gözləmələrini xahiş edib.