SOSİUM

25 Mart

Azərbaycanda bu xəstəliklərə tutulanların sosial müdafiəsi gücləndiriləcək

Azərbaycanda əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarət gücləndiriləcək.

Fins.az-ın xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Sazişində öz əksini tapıb.

Sazişə əsasən, hər üç qurum uşağın İİV/QİÇS-ə, şəkərli diabet, hemofiliya, talassemiya, vərəm və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi öhdəliyini götürüb.