SIĞORTA

05 Mart

“Atəşgah”sığota şirkətinin sədr müavini şikayətlər barədə danışdı

“Şirkətimizdə şikayətlərə baxılması və cavablandırılması məsələsi müvafiq qanunvericilik və normativ aktların tələbi əsasında , həmçinin sığorta sektoruna nəzarət orqanının tələblərinə əsasən təşkil edilib»

Bunu Fins.az-a “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədr müavini Fuad İsmayılov deyib.

“Şirkətdə şikayətlər üzrə məsul şəxs , şikayətlər üzə komitə aktiv fəaliyyət göstərərək daxil olduğu kanaldan asılı olmayaraq bütün növ şikayətlərin vaxtında və keyfiyyətlə araşdırılması , təhlili cavablandırılması işini həyata keçirir, müştəriləri qəbul edərək onları dinləyir və müraciətlərinin həllinin tapmasını təmin edirlər”

“Mütamadi İdarə Heyətinin iclaslarının gündəliyinə müştəri məmnunluğu və şikayətlərin təhlili və araşdırılması üzrə suallar daxil edilir , bu məsələlərə baxılır və idarəedici orqan işin planlaşdırılması zamanı  əsas tutur. Bundan başqa şirkətin rəhbərliyi müştəri və şikayətçiləri qəbul edib dinləmək üçün xüsusi günlər ayırmışdır».

Tuncay Türbəndəzadə