SIĞORTA

02 Mart

\"Standart sığorta” şirkətinin sədri: Bu halda nəqliyyat hadisələrini azaltmaq mümkündür

"Statistika onu göstərir ki, ən çox hadisə törədən avtomobillər məhz ili köhnə olan avtomobillərdir”

Bunu Fins.az-a “Standart sığorta” şirkətinin sədri Kamran Babayev deyib.

Onun sözlərinə görə, ili köhnə olan avtomobillərin sığortalanmasında hadisənin baş vermə ehtimalı çoxdur, çünki taksi fəaliyyəti ilə məşğul olanlar bu kateqoriyada daha çox görmək olur.

“Avtomobilləri çox təhlükəli idarə edirlər, bununla da hadisənin baş verməsinə səbəbkar olurlar. Nəticədə belə idarə etmə həm bu avtomobillərdə sərnişin kimi əyləşən, həm də digər avtomobillərdə olan sərnişinlər və piyadalar üçün həyatı təhlükədir.

Onu da qeyd edim ki, sürücülərdə daha ehtiyyatlı idarə etmə mədəniyyətini yaratmaq üçün məhz sığorta mexanizmindən faydalanmaq olar. Bir çox hadisə törədən avtomobillərin və ya hərəkətlərində ciddi yol nəqliyyat qaydalarının pozuntusu olan, avtoxuliqanlıq edən sürücülərə münasibətdə avtomobillərin icbari sığortası üzrə sığorta haqlarını yetərincə artırmaqla yol nəqliyyat hadisələrini azaltmaq mümkündür. Həmçinin ili köhnə avtomobillərin qiyməti aşağı olduğundan, sığorta haqqı da nisbətən aşağı olur, lakin təmir zamanı xərclər çox olur"

Tuncay Türbəndəzadə