KSM müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Müsabiqənin komissiya heyətini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOB), Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, ASAN Xidmət, CSR Europe, CSR Turkey, CSR Azerbaijan, həmçinin PROAKTIV PR Agentliyindən məsul şəxslər təşkil edib.
Müsabiqə KSM-in ölkəmizdə inkişafı üzrə dövlət siyasətinin, o cümlədən Heydər Əliyev fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunub. Müsabiqədə Norm-un həyata keçirdiyi “Ustalar Klubu” layihəsi BMT-nin 12-ci dayanıqlı inkişaf istiqaməti olan “Məsuliyyətli istehlak və istehsal” istiqaməti üzrə 2019 Milli KSM mükafatına layiq görülüb.
Norm Ustalar Klubu layihəsi artıq 2016-cı ildən etibarən Norm şirkətinin rəhbərliyi və beynəlxalq araşdırma şirkəti olan Business Insight International Research Group-un koordinatorluğu vasitəsilə həyata keçirilir. Layihənin əldə etdiyi uğurlar peşəkar, innovativ və yüksək ixtisaslı Norm və Business Insight komandalarının birgə əməyinin nəticəsidir.
Ölkədə həyata keçirilən ən irihəcmli və sosialyönümlü layihələrdən olan Norm Ustalar Klubunun faydaları sadəcə ustalara deyil, həmçinin son müştəriyə, yəni ümumilikdə cəmiyyətə hesablanmışdır. Məlumdur ki, Norm Sement tərəfindən mütəxəssislərin iştirakı ilə təşkil olunan təlimlərdə sement və beton sahəsində xüsusi nəzəri və praktiki biliklərə yiyələnmiş, sertifikasiya imtahanlarınından yüksək bal toplamış ustalar daha səmərəli fəaliyyət göstərir və işlərində daha faydalı olurlar. Fərqlənən ustalar il ərzində xüsusi bonuslardan, pulsuz danışıq dəqiqələrindən və dəyərli hədiyyələrdən yararlana bilirlər.
Norm şirkətinin peşəkar komandası və Business Insight Beynəlxalq Araşdırma şirkətinin dəstəyi ilə təşkil olunan təlimlərdə inşaat ustalarının sadəcə peşə və bacarıqlarının artırılmasına deyil, həmçinin maliyyə savadılığının, tibbi məlumatlılığın artırılması, müştəri münasibətlərinin təkmilləşdirilməsi məsələlərinə üstünlük verir. Belə təlimlərin keçirilməsi ustaların hərtərəfli inkişafına, son müştərinin isə yüksək səviyyəli xidmət əldə etməsinə gətirib çıxarır.
Müştəri yönümlü fəaliyyəti ilə qabaqcıl sıralarda yer alan Norm Sementin bundan sonra da ustalara dəstək və qayğısı davam edəcək. Daim öz sosial öhdəliklərinin fərqində olan, cəmiyyətə yararlı və müxtəlif yaş qruplarını əhatə edən sosial layihələr həyata keçirən Norm Sement bu ənənəsini 2020-ci ildə də davam etdirməyi planlaşdırır/