Mədəniyyət xidmətlərinə ƏDV-nin 50%-i geri qaytarılacaq

Mədəniyyət xidmətlərinə ƏDV-nin 50%-i geri qaytarılacaq

BİZNES
416

Finss.az - 2025-ci il iyulun 1-dən etibarən Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr konsertləri kimi mədəniyyət xidmətlərinə nağdsız ödəniş edən fiziki şəxslər ödənilmiş ƏDV-nin 50%-ni geri ala biləcəklər.

Bu təşviq mexanizmi Vergi Məcəlləsinin 165.5-ci maddəsinə edilən dəyişikliklər əsasında tətbiq olunacaq və “ƏDV geri al” sisteminə əsaslanacaq.

Mədəniyyət Nazirliyinin məlumatına görə, məqsəd mədəni xidmətlərə çıxışı artırmaq, şəffaflığı və rəqabəti gücləndirmək, investisiyaları stimullaşdırmaq və sektorda dayanıqlı inkişafı dəstəkləməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mədəniyyət xidmətlərinə ƏDV-nin 50%-i geri qaytarılacaq — Fins.az — Fins.az