BİZNES

28 Aprel

Zəng elə Hazıra nazir gəlsin - FOTO

Karantin günlərində bir çox iaşə obyektlərinin fəaliyyətinə qoyulan qadağalar yeni formalı xidmət sektorunu daha da inkişaf etdirdi.

Fins.az xəbər verir ki, bu sektorda fəaliyyət göstərəcək yeni şirkətlərdən biri də “Hazıra nazir” MMC-dir. Şirkət əsasən ləvəngi içliyinin sifariş üzrə hazırlanıb çatdırılması ilə məşğuldur. “Hazıra nazir” MMC-nin direktoru Elşən Əliyevlə şirkətin fəaliyyəti haqqında həmsöhbət olduq:

“Bizim “Hazıra nazir” şirkəti olaraq əsas məqsədimiz xüsusilə hazırlanması çətin olan və vaxt tələb edən ləvəngi içliyini ucuz və əlçatan etməkdir. Ləvəngi içliyinin hazırlanması prosesi hamıya məlum olsa da, əsl ləvəngi dadının alınması çox çətindir. Bunu nəzərə alaraq, xanımlarımızın heç bir əziyyət çəkmədən dadlı, hazır ləvəngi əldə etməsini asanlaşdırmışıq. Biz tam steril, gigiyenik və qida təhlükəsizliyi qaydalarına riayət edərək yalnız yerli məhsullardan istifadə etməklə 100 faiz təbii məhsul istehsal edirik”.

E.Əliyev müştərilərinin əsasən kimləri əhatə etdiyini də açıqladı:

“Müştərilərimizin çoxunun ləvəngi hazırlamağı bacaran, əsasən Cənub bölgəsinin xanımları olması bizim məhsulumuzun keyfiyyət göstəricisidir. Hazırda arzulayanlar məhsulumuzu sifariş edərək tam steril formada qapıda əldə edə bilərlər. Çatdırılma şirkət tərəfindən ödənişsiz təmin olunur. Biz xaricdə olan həmvətənlərimizin tələblərini nəzərə alaraq istehsal texnologiyasını mükəmməlləşdirmişik və yaxın zamanda onları da sevindirəcəyik. Hazır ləvəngi yemədən əsl ləvəngi yeməyinizdən əmin olmayın!”