BİZNES

15 Aprel

Azərbaycanda Koronavirusla Mübarizəyə həsr olunmuş sosial video çarx təqdim edildi

Melissa Group şirkəti “Ümidini İtirmə” sosial aktivliyinə start verdi. Bir neçə istiqamət üzrə fəaliyyətləri özündə əks etdirən sosial aktivliyin önəmli kommunikasiya vasitələrindən biri Ümidini İtirmə sosial çarxıdır. Layihənin rəhbəri, Melissa Group şirkətinin direktor müavini Anar Fətəliyev bildirdi ki, şirkət təqdim edilən sosial çarx vasitəsi ilə ictimaiyyətə koronavirusla mübarizədə bütün təhlükəsizlik tədbirlərinə əməl etməklə yanaşı gələcəyimiz olan uşaqlara xüsusi diqqətin olmasının vacibliyini vurğulayır. “Dünənə qədər hər gün parkda oynayan, baxçaya, məktəbə gedən azad şəkildə istədiklərini edə bilən uşaqların xəyal dünyasının məhdudlaşmaması və daxili depressiv vəziyyətə düşməməsi üçün biz onlara bütün təhlükəsizlik tədbirlərini izah etməklə yanaşı virusun psixoloji neqativliyinin onlara təsir etməməsi üçün əlimizdən gələni etməliyik. Məhz çəkdiyimiz reklam roliki də ictimaiyyətin pozitiv yöndə düşünməsinin və bir birimizə dəstəyin təmini istiqamətdədir.” – Anar Fətəliyev 

Qedy edək ki, Melissa Group şirkəti daha əvvəllər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yüzlərlə ağacın əkilməsində vasitəçi olaraq “Yaşıllığı Sevirəm” sosial aktivliyini və SOS uşaq kəndlərində yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara dəstək aktivliyi olan “Xəyalların Təbəssümü” sosial aktivliklərini də həyata keçirmişdir. 
Melissa Group Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100.000 azn-lik ianə etmişdir.