Azərbaycanda neftin hasilatı 8%-dək azalıb

Azərbaycanda neftin hasilatı 8%-dək azalıb

BİRJA
1,297

Bu ilin yanvar-iyul ayları üzrə Azərbaycanda 17,7 mln. ton neft (kondensatla birlikdə) hasil edilib, bu da illik müqayisədə 7,8% azdır.

Energetika Nazirliyindən Fins.az-a verilən məlumata görə, neft hasilatının 10,6 mln. tonu “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun (AÇG), 2,6 mln. tonu (kondensat) “Şahdəniz” qaz-kondensat yatağının, 40,4 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,5 mln. ton təşkil edib.

Hesabat dövründə 14,9 mln. ton neft (kondensatla birlikdə) ixraca nəql olunub, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azdır. İxrac olunan neftin 13,2 mln. tonu konsorsium, 1,7 mln. tonu isə SOCAR-ın payına düşüb.

Leyla Fikrətqızı
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Azərbaycanda neftin hasilatı 8%-dək azalıb — Fins.az — Fins.az