Tamkart niyə başqa kartlardan daha sərfəlidir ?

Tamkart niyə başqa kartlardan daha sərfəlidir ?

BANK
1,555
Tamkartın əsas özəlliyi onun özündə eyni anda iki kartı - debet və kredit kartlarını birləşdirən dual kart olmasıdır.
Fins.az xəbər verir ki, Tamkart sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədiyi məhsulun qiymətini bərabər hissələrə bölərək, 18 ayadək müddətə taksitlə ödəyə bilər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.
Tamkart məhsulunun üstünlükləri bununla da bitmir. Belə ki, sözügedən kart öz sahiblərinə istənilən alış – veriş məkanında, o cümlədən onlayn ticarətdə nağdsız ödənişlər zamanı minimum 2% həcmində kəşbək qazandırır. Bəzi tərəfdaş məkanlarda isə kəşbək faizi 20% - dək çata bilər. Üstəlik, bu özəllik Tamkartı təşkil edən hər iki karta – həm debet, həm də kredit kartına aiddir. Daha bir vacib məqam isə odur ki, Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.
Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud https://www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkart əldə etmək istəyən müştərilər  Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrinə müraciət edə bilərlər.
 
Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tamkart niyə başqa kartlardan daha sərfəlidir ? — Fins.az — Fins.az