
“Premier Kredit” BOKT ötən ili zərərlə başa vurub
“Premier Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 198 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 35 min manat xalis mənfəətlə çıxmışdı.
Bu il yanvarın 1-nə “Premier Kredit”in aktivləri 1,9 milyon manat olub ki, bu da illik müqayisədə 50,6% azdır. Bunun 1,7 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 51,1% kiçilib.
Hesabat dövründə “Premier Kredit”in öhdəlikləri 50,6% azalaraq 1,7 milyon manata, balans kapitalı isə 50,4% azalaraq 203 min manata düşüb, o cümlədən nizamnamə kapitalı 9,6% artaraq 401 min manat olub.
Xatırladaq ki, “Premier Kredit” 2014-cü ildə yaradılıb. BOKT-un təsisçiləri Şəhla Mehdiyeva (34%), Validə Əzizova (33% və İlahə Baxşəliyevadır (33%).
Report