Mərkəzi Bank nağdsız ödənişlərlə bağlı kampaniyasında yalnız bu bankların kartları iştirak edə biləcək

Mərkəzi Bank nağdsız ödənişlərlə bağlı kampaniyasında yalnız bu bankların kartları iştirak edə biləcək

BANK
950

Mərkəzi Bank Visa beynəlxalq kart təşkilatıyla birgə “Visa Token Service – VTS”in ölkə ərazisində uğurlu startından sonra “Visa mobil tətbiqi ilə ödəniş et” adlı kampaniyaya start verib

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.

Məlumata görə, kampaniyada iştirak hazırda müvafiq sertifikasiyadan keçmiş üç bankın - “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Bank Respublika” ASC-nin emissiya etdiyi bank kartları vasitəsilə öz mobil bank tətbiqindən istifadə edərək ödəniş edən bütün Visa kart istifadəçiləri üçün açıqdır.

“Visa mobil tətbiqi ilə ödəniş et” adlı 2 aylıq kampaniya ölkədə istehlakçılar arasında təmassız mobil ödənişlərin inkişafına və tokenizasiya olunmuş tranzaksiyaların sayının artırılmasına hədəflənib

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank nağdsız ödənişlərlə bağlı kampaniyasında yalnız bu bankların kartları iştirak edə biləcək — Fins.az — Fins.az