Mərkəzi Bank dövriyyəyə bu proqrama görə hər gün 120 milyard dollar buraxacaq

Mərkəzi Bank dövriyyəyə bu proqrama görə hər gün 120 milyard dollar buraxacaq

BANK
2,111

İki gün davam edən iclasın nəticəsi olaraq Federal Ehtiyat Sistemi (FED)Açıq Ticarət Komitəsi, kreditlərin dəyərinin 0-0.25% aralığında olacağını və dövriyyəyə  gündə 120 milyard dollar buraxmaqla   aktivlərin geri alınması proqramını hazırkı həcmdə davam etdirəcəyini vəd edib

Fins.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Bankının çərşənbə günü makroiqtisadi layihələrin blokadasından sonra dolların  faiz dərəcələrini 2022-ci ilin sonuna qədər saxlamağı planlaşdırdığını elan edilərkən məlumat verilmişdi 

"ABŞ-dakı iqtisadi böhranın miqyası son dərəcə qeyri-müəyyəndir", - Federal Ehtiyat İdarəsinin sədri Jerom Pauell mətbuat konfransında bildirib. Bununla yanaşı, Fed işsizliyin 9,3% -ə yüksəlməsi və inflyasiyanın 0.8% -ə qədər azalması ilə ÜDM-in 6.5% azalacağını və iqtisadiyyatın yalnız 2022-ci ildə böhrandan əvvəlki səviyyəyə qayıdacağını proqnozlaşdırır.

"İkinci rübdə ÜDM-in azalması rekord ola bilər" dedi Powell, Fed-in ikinci yarıda "bərpa" gözlədiyini bildirib.

Qeyd edək ki, dünən Bakı vaxtı ilə gecə saatlrında baş tutan görüşün nəticəsi olaraq ABŞ Federal Ehtiyat Dollar indeksi ən azı mart ayından bəri 0,5% enərək 96.5 bəndədək yeniləndi. Bu fonda neft qiymətləri qalxaraq bir barel üçün 42 dollara çatdı.Dünya fond birjalarında dollar əvvəlki dəyərinə nisbətən aşağı qiymətə ticarət edilib.

Müəllif:Aynur Qəniyeva 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mərkəzi Bank dövriyyəyə bu proqrama görə hər gün 120 milyard dollar buraxacaq — Fins.az — Fins.az