
JPMorgan: ABŞ səhmlərindəki 3 günlük enmə yüksəliş tendensiyasını pozmayıb
JPMorgan texniki strateqləri son günlərdə ABŞ səhmlərindəki kəskin azalmanın artım trendini pozmadığını bildirib.
JPMorgan & Co-nun texniki strateqləri, ABŞ səhmlərinin üç günlük kəskin azalmaya baxmayaraq yenə də geniş bir trenddə olduğunu qeyd etdiblər.
S&P 500 indeksi son üç seansda 7%, Nasdaq 100 indeksi isə 11 % enib. Korporasiyanın strateqləri Jason Hunter və Alix Tepper Floman, impulsun azaldığını, lakin pik nöqtənin göründüyünə dair heç bir əlamət olmadığını və əhəmiyyətli dəstək səviyyələrinin işlədiyini ifadə ediblər.
"S&P 500 İndeksi üçün həyata keçirilən əməliyyatların sonunda ümumiyyətlə qiymət nümunələri və həddən artıq güvən əlamətləri mövcud deyil. Bu, bazarın hazırda uzun bir eniş meylinə girməyə hazır olmadığını göstərir." -deyə mövcud vəziyyət dəyərləndirilib.
S&P 500 və Nasdaq 100 indeksləri, Çərşənbə günü Asiya əməliyyatlarında tarazlıq taparaq ABŞ səhmlərinin günə davamlı başlayacağını göstərib
S&P 500 İndeksi mart ayının ən aşağı səviyyəsindən bəri hələ də 49% səviyyəsindədir. Texnologiya ağırlığında Nasdaq 100 indeksi 58 % artım göstərib.
Müəllif:Aynur Qəniyeva