Bu pul köçürmə sistemi üzrə xidmət haqqı məbləğdən asılı olmayaraq 0,5% təşkil edəcək

Bu pul köçürmə sistemi üzrə xidmət haqqı məbləğdən asılı olmayaraq 0,5% təşkil edəcək

BANK
1,080

“Zolotaya Korona” pul köçürmə sistemi ölkədə pandemiya dövründə rəqəmsal ödənişlərin, o cümlədən pul köçürmə əməliyyatlarının inkişafı və təşviqi istiqamətində həyata keçirilən dövlət siyasətini dəstəkləyir.

Fins.az xəbər verir ki pul köçürmə sisteminin rəhbərliyinin qərarı əsasında Covid -19 qlobal pandemiyası səbəbilə vətəndaşların pul köçürmə əməliyyatlarının daha effektiv formada həyata keçirilməsi və bankların fəaliyyətinin dəstəklənməsi məqsədilə yeni təşviqat layihəsinə, əməliyyatlar üzrə xüsusi tariflərin tətbiqinə başlanılmışdır.

Belə ki, cari ilin 1 iyun tarixindən etibarən 31 avqust tarixinədək ölkəmizdən Rusiya Federasiyasına “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə həyata keçirilən pul köçürmələri üzrə xidmət haqqı köçürmənin məbləğindən asılı olmayaraq 0,5% təşkil edəcəkdir. Qeyd edilməlidir ki, bu xidmət haqları əvvəl 0,9% təşkil edirdi.

“Zolotaya Korona” pul köçürmə sistemi ölkədə rəqəmsal ödəniş həllərinin tətbiqinin gneişləndirilməsi, pul köçürmələrinin təşviqi, habelə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində aktiv fəaliyyətini davam etdirir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu pul köçürmə sistemi üzrə xidmət haqqı məbləğdən asılı olmayaraq 0,5% təşkil edəcək — Fins.az — Fins.az