Atabank” və “Amrahbank”-ın əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib-RƏSMİ

Atabank” və “Amrahbank”-ın əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib-RƏSMİ

BANK
2,221

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlayıb və 10 iyun 2020-ci il tarixinə ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib. 
Fins.az xəbər verir ki,bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayımlayıb
Bildirilir ki, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 
Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında” Azərbaycan Respublikasının Qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Atabank” və “Amrahbank”-ın əmanətçilərinə 47,1 milyon manat kompensasiya ödənilib-RƏSMİ — Fins.az — Fins.az