BANK

22 May

“NBC Bank” ASC-nin kreditorlarının nəzərinə

Ləğv prosesində olan “NBC Bank” ASC-nin kreditorlardan xahiş olunur ki, 2 iyun 2020-ci il tarixindən kreditor tələbinin qeydiyyata alınması müraciət etsinlər:

Fins.az xəbər verir ki, tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

  • kreditorun adı və ünvanı;
  • tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
  • tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küç., məhəllə 2054, ləğv prosesində olan “NBC Bank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 932

Kreditor tələbləri qeydiyyatı 15 iyul 2020-ci il tarixinədək aparılacaq.

QEYD: Qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların 16 iyun 2020-ci il tarixindən ödənilməsi nəzərdə tutulur. Kompensasiyaların ödənişi ilə bağlı tələb olunan sənədlər və prosedurlar barədə əlavə məlumat veriləcəkdir.

Müəllif:Aynur Qəniyeva