BANK

22 May

Gürcüstan bankının Azərbaycandakı törəməsinin mənfəəti azalıb

“TBC Kredit” Bank olmayan kredit təşkilatı 2019-cu ili 248 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci illə müqayisədə ötən il təşkilatın xalis mənfəəti 7,4 dəfə azalıb. Belə ki, “TBC Kredit” 2018-ci ili 1 milyon 829 min manat xalis mənfəət ilə bağlamışdı.

Fins.az təşkilatın illik hesabatına istinadən xəbər verir ki, ötən il TBC Kredit-in faiz gəlirləri 18,5% azalaraq 3 milyon 88 min manat təşkil edib.

Ötən il TBC Kredit-in kredit portfeli  4 milyon 590 min manat və ya 26,8% azalaraq 12 milyon 497 min manata geriləyib. Təşkilatın cəmi aktivləri isə 22 milyon 999 min manatdan 16 milyon 35 min manta düşüb.

Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” “TBC Kredit”in 100%-nin sahibidir.