2020-ci ilin birinci rübündə manat əsas tərəfdaş ölkələrin valyutalarına nisbətən bahalaşıb, İsveçrə frankı və yapon yeni isə istisna təşkil edir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının yanvar-mart ayları üzrə Pul siyasəti icmalında deyilir.
Bu dövr ərzində manat türk lirəsinə qarşı 10,6%, Qazaxıstan tengenə qarşı 18,4%, Rusiya rubluna qarşı 28%, Ukrayna qrivnasına qarşı 17,6%, gürcü larisinə qarşı 14,8% bahalaşıb.
Hesabat dövründə manat İsveçrə frankına qarşı 1,3%, yapon yeninə qarşı 0,8% ucuzlaşıb.
(c)interfaks Azərbaycan