İlkin rəqəmlərə əsasən 2020-ci ilin 1-ci rübündə ölkəyə daxil olan pul baratları 188 milyon ABŞ dolları olmuşdur, bu 2019-cu ilin 1-ci rübü ilə müqayisədə 27 milyon dollar azdır.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Pul Siyasəti İcmalının Yanvar- Mart 2020 sayında məlumat verilib.
2019-cu ilin 1-ci rübündə ölkəyə daxil olan pul baratları 215 milyon dollar, 2018-ci ilin 1-ci rübündə isə 242 milyon dollar təşkil etmişdi.
Barat - bank və ya poçt vasitəsilə göndərilən puldur.